Abdullayev Vilayət Məcid oğlu 1964-cü ildə anadan olub.
1994-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
1994-2001-ci illərdə Səhmdar Kommersiya Aqrar Sənaye Bankında, 2001-2025-ci illərdə “Aqrarkredit” QSC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb, o cümlədən İdarə Heyətinin üzvü olub.
1999-2014-cü illərdə “Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının üzvü olub. 2016-2025-ci illərdə Azərbaycan Sahibkarlar Konfederasiyasında Hüquq komissiyasının sədri vəzifəsini daşıyıb. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 761 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının üzvü seçilib.
2025-ci ilin iyun ayından “Aqrarkredit” QSC-də Baş məsləhətçidir.
İlham Aslan oğlu Budaqov 1970-ci ildə anadan olub.
Ali təhsilini 1992-cı ildə Azərbaycan Politexnik İnstitutunda Nəqliyyat fakültəsinin Avtomobillər və avtomobil təsərrüfatı ixtisası üzrə bitirib. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2011-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə - Menecment ali peşə istiqaməti üzrə bakalavr dərəcəsini fərqlənmə ilə bitirib.
Əmək fəaliyyətinə 1992-ci ildə Azərittifaqın Bakı Avtobazasında iqtisadçı kimi başlayıb. 1993-2005-ci illərdə Həsən-su KM-də direktor, 2006-2008-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində baş laborant, 2008-2025-ci illərdə banklarda və digər maliyyə qurumlarında rəhbər vəzifələrdə, o cümlədən Audit Komitəsinin sədri, Müşahidə Şurasının üzvü vəzifəsində çalışıb.
2025-ci ilin may ayından “Aqrarkredit” QSC-də Baş məsləhətçidir.
Hikmət Tofiq oğlu Nəzirov 1976-cı ildə anadan olub.
1997-cı ildə Türkiyə Respublikası Anadolu Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin iqtisadiyyat ixtisası üzrə bakalavr dərəcəsi alıb.
1998-2004-cü illərdə “Ağstafa Telekommunikasiya Qovşağı”nda, 2004-2011-cü illərdə “TuranBank” ASC-də müxtəlif vəzifələrdə çalışıb. 2011-2014-ci illərdə “Azərbaycan Kredit Bankı “ASC-də, 2015-2025-ci illərdə “Günay Bank” ASC-də maliyyə departamentinin drektoru vəzifələrində çalışıb.
2025-ci ilin may ayından “Aqrarkredit” QSC-də Baş məsləhətçidir.
Məmmədov İmran İsmayıl oğlu 1976-cı ildə Bakı şəhərində anadan olub.
1998-ci ildə Türkiyənin Dokuz Eylül Universitetinin İqtisadiyyat fakultəsinin iqtisadçı ixtisası üzrə bakalavr, 2003-cü ildə Böyük Britaniyanın Strathclyde (Streçklayd) universitetinin biznes üzrə magistr dərəcəsini alıb.
Əmək fəaliyyətinə 1999-cu ildə “Turanbank” ASC-də başlayıb, 2006-cı ilədək müxtəlif vəzifələrdə çalışıb.
2006-2016-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Banknda baş inspektor, 2016-2019-cu illərdə Maliyyə Bazarlarına Nəzarət Palatasında Bank fəaliyyətinə nəzarət departamentinin direktoru və İdarə heyətinin üzvü kimi fəaliyyət göstərib.
2020-ci ilin mart ayından “Aqrarkredit” QSC-də müxtəlif rəhbər vəzifələrdə əmək fəaliyyətini davam etdirir, hazırda “Aqrarkredit” QSC-də baş məsləhətçidir.
Emil Mustafa oğlu Mustafayev 1973-cü ildə Bakı şəhərində anadan olub.
1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin kredit ixtisası üzrə bakalavr, 2014-cü ildə Böyük Britaniyanın Manchester universitetinin Manchester Biznes Məktəbində Biznesin İdarə edilməsi (MBA) üzrə magistr dərəcəsini alıb.
Əmək fəaliyyətinə 1992-ci ildə “Atra” Səhmdar Kommersiya Bankında iqtisadçı kimi başlayıb, 1994-2006-cı illərdə Azərbaycan Beynəlxalq Bankı ASC-də müxtəlif vəzifələrdə, o cümlədən Kredit departamentinin direktoru vəzifəsində çalışıb,
2002- 2006-cı illərdə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini, 2006-2015-ci illərdə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin birinci müavini, 2015-2018-ci illərdə İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.
2018-ci ildən “Aqrarkredit” QSC-də müxtəlif rəhbər vəzifələrdə əmək fəaliyyətini davam etdirir, hazırda “Aqrarkredit” QSC-də baş məsləhətçidir.