“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti 2001-ci ildən fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Hazırda təşkilat həm maliyyə institutu kimi kreditlərin verilməsi, həm də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin ona ötürülmüş problemli aktivlərinin qaytarılması ilə məşğul olur. Təşkilatın səhmləri tam şəkildə dövlətə məxsusdur.
“Aqrarkredit” QSC-nin əsas hədəf auditoriyası respublikanın regionlarında fəaliyyət göstərən sahibkarlıq subyektləridir. Təşkilat 12 regional filialı vasitəsi ilə ölkənin bütün şəhər və rayonlarında hüquqi və fiziki şəxslərə, borclular qruplarına, ailə kəndli təsərrüfatlarına kredit xidməti göstərmişdir.
Kredit Təşkilatı kimi fəaliyyətə başladığı dövrdən icra etdiyi bütün layihə və proqramlar üzrə 2026-cı ilədək ümumilikdə Respublikanın 1500-dən artıq yaşayış məntəqəsində (kənd və qəsəbə) 41 mindən artıq biznes layihəsi üzrə 1.5 mlrd. manat kredit xidməti göstərmişdir.