Kərimov Anar Mehman oğlu 1979-cu ildə anadan olub.
1999 və 2002-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq üzrə bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib. 2001-ci ildə Amerikan Universitetində (Vaşinqton, ABŞ) Beynəlxalq iqtisadi hüquq üzrə magistr dərəcəsi alıb.
2001-ci ildə ABŞ-Azərbaycan Ticarət Palatasında (ABŞ) hüquqşünas, 2002–2005-ci illərdə Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və inkişaf idarəsində attaşe və üçüncü katib, 2005-2006-cı illərdə Azərbaycan Respublikasının İsveçrədəki səfirliyində üçüncü katib, 2007-2010-cu illərdə İslam İnkişaf Bankında (S.Ərəbistanı) Türkiyə və Mərkəzi Asiya üzrə baş hüquqşünas, 2010-2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və İqtisadi əlaqələr üzrə şöbələrində şöbə müdirinin müavini və şöbə müdiri, 2011-2018-ci illərdə beynəlxalq layihələrdə ekspert və özəl sektorda rəhbər vəzifələrdə işləyib.
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Azərbaycan-Britaniya Hüquqşünaslar Assosiasiyasının həmtəsisçisi və Azərbaycan - İtaliya Ticarət Palatasının vitse-prezidenti olub. Anar Kərimov hüquq elmləri namizədidir.
Bakı Dövlət Universitetində Hüquq fakültəsinin ingilis dilli magistratura proqramında müəllim kimi fəaliyyət göstərib.
2019-2025-ci illərdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini təyin olunub.
2025-ci ilin iyun ayından “Aqrarkredit” QSC-nin Müşahidə Şurasına sədridir.
Gündüz Əvəzağa oğlu Əliyev 1986-cı ildə Cəlilabad şəhərində anadan olub.
2007-ci və 2010-cu illərdə Bakı Dövlət Universitetinin mexanika riyaziyyat ixtisası üzrə bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib. 2022-2023-cü illərdə Massachusetts Institute of Technology Universitetinin “Data, İqtisadiyyat və İnkişaf Siyasəti” üzrə mid-master proqramını tamamlayıb.
2010-cu ildən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətində dövlət qulluğuna qəbul edilib. 2016-cı ildə Nazirliyin Aparatının Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin baş məsləhətçisi, 2018-ci ildən isə hazırkı tarixədək həmin şöbənin müdir müavini vəzifəsində işləyir. Dövlət qulluğunun kiçik müşaviridir. 2021-ci ildən Aqrar Sığorta Fondunun Müşahidə Şurasının üzvüdür. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Müşahidə Şurasının üzvü təyin edilib. 2024-cü il 16 fevral tarixindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Ləğvetmə Komissiyasının sədridir.
2025-ci il 06 oktyabr tarixindən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının üzvüdür.
2026-cı ilin fevral ayından “Aqrarkredit” QSC-nin Müşahidə Şurasının üzvüdür.
Osman İsmayıl oğlu Xaliyev 1985-ci ildə Sumqayıt şəhərində anadan olub.
2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi iqtisadiyyat fakültəsini İqtisadi kibernetika ixtisası üzrə bakalavr, 2010-cu ildə isə İdarəetmənin informasiya texnologiyası üzrə magistr dərəcəsi alıb. Həmçinin, 2012 - 2014-cü illərdə ABŞ-ın Brandeis Universitetində MBA ixtisası üzrə təhsil alıb.
2010 - 2011-ci illərdə "Access Bank” QSC-də əməliyyatlar üzrə mütəxəssis, 2011-2012-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında mütəxəssis olaraq fəaliyyət göstərib. 2014 - 2015-ci illərdə ABŞ-ın Boston şəhərində yerləşən "Global Atlantic Partners LLC” şirkətində məsləhətçi vəzifəsində çalışıb. 2016-2020-ci illərdə kənd təsərrüfatı və qida sənayesi sahələrində fəaliyyət göstərən bir sıra şirkətlərdə biznesin inkişafı üzrə menecer və direktor vəzifələrini icra edib.
2020-2025-ci illərdə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunda bir sıra vəzifələri, o cümlədən İdarə Heyəti sədrinin müşaviri, İdarə Heyəti sədrinin müavini və İdarə Heyətinin sədri vəzifələrini icra etmişdir. Osman Xaliyev 2025-ci ilin may ayında Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.
2022-cı ilin avqust ayından “Aqrarkredit” QSC-nin Müşahidə Şurasının üzvüdür.