Kələşov İlham Qəhrəman oğlu 1979-cu ildə anadan olub.
1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq ixtisasınının bakalavr pilləsini, 2002-ci ildə isə magistr pilləsini fərqlənmə ilə bitirmişdir. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura bölməsini Maliyyə və kredit ixtisası üzrə fərqlənmə ilə bitirib. 2020-2021-ci illərdə Hubert H. Humphrey proqramı çərçivəsində ABŞ-da Boston Universitetində Maliyyə və bank ixtisaslaşması üzrə preşəkar ixtisasartırma proqramında iştirak edib.
Peşəkar fəaliyyətinə 2000-ci ildə keçmiş Səhmdar Kommersiya Aqrar Sanaye Bankının əməliyyat idarəsində başlamışdır. Daha sonra "Aqrarkredit" QSC-nin Hüquq idərəsində hüquqşünas, aparıcı hüquqşünas, 2001-2006-cü illərdə "Turanbank" ASC-də hüquqşünas, baş hüquqşünas vəzifələrində çalışıb.
2006-2024-cü illərdə Azərbaycan Respublikasının İpoteka va Kredit Zəmanət Fondunda əvvəlcə baş hüquq məsləhətçisi, Hüquq şöbəsinin rəisi, Kredit departamentinin direktoru vəzifəsində çalışıb, 2019-cu ilin fevral ayından 2024-cü ilin avqust ayınadək Baş direktor, 2024-cü ilin avqust ayından etibarən isə Fondda İdarə Heyəti sədrinin müşaviri vəzifəsində əmək fəaliyyətini davam etdirib.
2025-ci ilin aprel ayından etibarən “Aqrarkredit” QSC-nin İdarə Heyəti sədrinin birinci müavini, İdarə Heyəti sədrinin vəzifələrinin müvəqqəti icraçısı, 2025-ci ilin dekabr ayından isə İdarə Heyətinin sədri təyin edilib.
Hüseynov Rəcəb Məmməd oğlu 1974-cü ildə anadan olub.
1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə–kredit” ixtisası üzrə ali təhsil alıb.
1999–2002-ci illərdə “Borçalı” Bankda müxtəlif vəzifələrdə çalışıb. 2003-2010-cu illərdə “Azərbaycan Kredit Bankı” ASC-də əvvəl Maliyyə departamentinin direktoru, 2007-ci ildən isə İdarə Heyəti sədrinin müavini vəzifəsində, 2010–2025-ci ilin aprel ayına kimi “Para Bank” ASC-də (indiki “Para BOKT” ASC) İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
2025-ci ilin aprel ayından etibarən “Aqrarkredit” QSC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.
Quluzadə Cahid Zöhrab oğlu 1989-cu ildə Beyləqan şəhərində anadan olub.
2007–2011-ci illərdə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsili almışdır.
Peşəkar fəaliyyətinə 2007-ci ildə Parabank ASC-də başlayıb, 2016-cı ilədək bank sektorunda müxtəlif rəhbər vəzifələrdə çalışıb. Bu müddət ərzində filial müdiri və departament direktoru kimi idarəetmə təcrübəsi qazanıb.
2019-cu ildən etibarən GL ASC-də müxtəlif vəzifələrdə fəaliyyət göstərib, 2022–2025-ci illərdə həmin cəmiyyətin direktoru vəzifəsini icra edib.
2025-ci ilin Aprel ayında Aqrarkredit QSC-nin İdarə Heyətinin üzvü, həmin ilin dekabr ayında İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.