Axundov Eldar Fikrət oğlu 1970-ci ildə Bakı şəhərində anadan olub.
1992-ci ildə Azərbaycan Dövlət Texniki Universitetinin Nəqliyyat fakultəsinin mühəndis-mexanik ixtisası üzrə bakalavr, 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının T.e.n. ixtisası üzrə magistr dərəcəsini alıb.
Əmək fəaliyyətinə 1992-ci ildə Sərnişinnəqliyyat İdarəsində mühəndis-mexanik kimi başlayıb, 1997-2016-ci illərdə Arko Bank ASC, Amrahbank ASC, Royal Bank of Baku ASC-də, Nikoil Bank İCB-də müxtəlif rəhbər vəzifələrdə çalışıb. O cümlədən 2006-2008-ci illərdə İKB Nikoil Daxili Audit Xidmətinin rəhbəri, 2008-2012-ci illərdə Royal Bank ASC-nin 2016-2018-ci illərdə Nurgyun Company, 2018-2020-ci illərdə Günay Şirkəti, Günay Bank ASC, 2020-2021-ci illərdə Tikinti (inşaat) Şirkətlərində rəhbər vəzifələrdə çalışıb.
2021-2025-ci illərdə Bakı Mühəndislik Universitetində dosent, 2025-ci ilin iyul ayından 2026-cı ilin yanvarına kimi “Aqrarkredit” QSC-də Daxili Auditor kimi çalışıb. 2026-cı ilin yanvar ayından Daxili Audit Xidmətinin rəisidir.
Vəlizadə Fərid Cəbrayıl oğlu 1985-ci ildə anadan olub.
2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr pilləsi üzrə fərqlənmə diplomu ilə “Beynəlxalq iqtisadi münasibətlər” ixtisasına yiyələnib, 2009-cu ildə fərqlənmə diplomu ilə “Beynəlxalq iqtisadi münasibətlər” ixtisasının magistr pilləsini başa vurub.
2007-2012-ci illərdə “Aqrarkredit” QSC-nin Strateji planlaşdırma, marketinq və beynəlxalq əlaqələr idarəsində, 2012-2015-ci illərdə Planlaşdırma, icmallaşdırma və beynəlxalq əlaqələr şöbəsində, 2015-2022-ci illərdə Biznesin inkişafı departamentində aparıcı və rəhbər vəzifələrdə çalışıb. 2013-2014-cü illərdə “Azər-Türk Bank” ASC-nin Audit Komitəsinin üzvü olub. 2019-2026-cı illərdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında baş məsləhətçi kimi çalışıb.
2022-ci ilin aprel ayından “Aqrarkredit” QSC-nin Biznesin inkişafı departamentinin direktorudur.
Nuriyev Elşad Rəşad oğlu 1982-ci ildə Bakı şəhərində anadan olub.
2003-cü ildə Azərbaycan Texniki Universitetinin bakalavr pilləsi üzrə fərqlənmə diplomu ilə “İnformatika və hesablama texnikası” ixtisasına yiyələnib, 2005-ci ildə fərqlənmə diplomu ilə “İnformatika və hesablama texnikası” ixtisasının magistr pilləsini başa vurub.
2003-2004-cü illərdə “Azərenerji” ASC-də, 2004-2005-ci illərdə Bakcell LTD-də, 2005-2013-cü illərdə Royal Bank of Baku ASC-də, 2013-2014-cü illərdə Cybernet MMC-də, Caspel MMC-də, 2014-2016-cı illərdə TuranBank ASC-də, 2016-2017-ci illərdə Azərbaycan Sənaye Sığorta ASC-də, GünayBank ASC-də müxtəlif vəzifələrdə işləyib. 2018-2025-ci illərdə BestComp Group MMC-də, “Aqrarkredit” QSC-də layihə meneceri, analitik və şöbə müdiri vəzifələrində çalışıb.
2025-ci ilin iyul ayından “Aqrarkredit” QSC-nin İnformasiya texnologiyaları və rəqəmsallaşma departamentinin direktorudur.
Bəşirov Zaur Manaf oğlu 1979-cu ildə anadan olub.
2000-ci ildə Azərbaycan Dillər Universitetinin bakalavr pilləsi üzrə fərqlənmə diplomu ilə “Tərcüməçi-referent” ixtisasına, 2013-cü ildə Fransanın Nis Akademiyasının CIFE (Avropa İnstitutu) magistr pilləsi üzrə fərqlənmə diplomu ilə “Avropa və beynəlxalq təşkilatlarda proqram rəhbəri” ixtisasına yiyələnib. 2012-2013-cü illərdə ABŞ-ın Corc Vaşinqton Universitetinin Biznes Məktəbinin “Layihələrin idarə edilməsi üzrə magistr” proqramını, 2021-2022-ci illərdə ABŞ-ın Dyuk Universitetinin Fuqua Biznes Məktəbinin “Çevik Strateji Rəhbərlik” proqramını başa vuraraq müvafiq sertifikatlara layiq görülüb.
2002-2007-ci illərdə Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidənqurulması üzrə Agentlikdə, 2006-2007-ci illərdə ANS Media və Yayım Şirkətində, 2007-2010-cu illərdə “Caspian Pipe Coatings” MMC-də müxtəlif vəzifələrdə işləyib. 2010-2011-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində direktor köməkçisi və məsul redaktor, 2011-2024-cü illərdə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin rəisi, 2024-cü ilin iyulundan 2026-cı ilin aprel ayınadək SOCAR Aparatının Protokol və sosial layihələrin idarə edilməsi departamentinin Sosial layihələr şöbəsinin rəis müavini vəzifələrində çalışıb.
2026-cı ilin aprel ayından “Aqrarkredit” QSC-nin İnzibati departamentinin direktorudur.
Sofiyev Nəcbəddin Məmmədiyyə oğlu 1969-cu ildə anadan olub.
1993-cü ildə Bakı Dövlət Universitetinin “Tarixçi” ixtisasına, 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə-kredit ixtisası”na yiyələnib.
1993-1995-ci illərdə Azərbaycan Sənayeçilər İttifaqı, 1995-2001-ci illərdə Səhmdar Kommersiya Aqrar Sənaye Bankı, “Azər-Türk Bank” ASC-də, 2001-2003-cü illərdə “Aqrarkredit” QSC-nin Maliyyə, aktiv və öhdəliklərin idarəolunması idarəsində, 2003-2005-ci illərdə “Aqrarkredit” QSC-nin Maliyyə, mühasibat uçotu və təchizat idarəsində müxtəlif vəzifələrdə çalışıb. 2005-2015-ci illərdə “Aqrarkredit” QSC-nin Daxili audit şöbəsində baş auditor, şöbə müdirinin müavini, şöbə müdiri, 2015-2016-cı illərdə “Aqrarkredit” QSC-nin Daxili nəzarət və risklərin idarə olunması şöbəsinin müdiri vəzifəsində işləyirb.
2016-cı ilin fevral ayından “Aqrarkredit” QSC-nin Daxili nəzarət və risklərin idarə edilməsi departamentinin direktorudur.
Sadıqov İlqar Vaqif oğlu 1975-ci ildə anadan olub.
1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun “İqtisadçı” ixtisasına yiyələnib. 2022-ci ildə “İqtisad elmləri üzrə fəlsəfə doktoru” elmi dərəcəsinə layiq görülüb.
1993-1995-ci illərdə Səhmdar Kommersiya Əmanət Bankında, 1995-2000-ci illərdə Sənaye-İnvestisiya Səhmdar Kommersiya Bankında və BUS Bankda, 2000-2003-cü illərdə “Qafqaz İnkişaf” Səhmdar Kommersiya Bankında müxtəlif vəzifələrdə işləyib. 2003-2017-ci illərdə “Zamin Bank” ASC-nin Azadlıq filialının, 2017-2020-ci illərdə “Amrah Bank” ASC-nin Qara Qarayev filialının, 2020-2021-ci illərdə “Günay Bank” ASC-nin 1 saylı filialının müdiri, 2021-2022-ci illərdə “İdeal” BOKT-nin direktor müavini, 2023-2025-ci illərdə “Aqrarkredit” QSC-də direktor müavini, baş direktor vəzifələrində çalışıb.
2025-ci ilin iyul ayından Problemli kreditlərlə iş departamentinin direktorudur
Qaybaliyev Əlpaşa İsgəndər oğlu 1965-ci ildə anadan olub.
1987-ci ildə Bakı Kommersiya Kollecinin fərqlənmə diplomu ilə “Mühasib” ixtisasına, 1992-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin fərqlənmə diplomu ilə “İqtisadçı” ixtisasına yiyələnib.
1992-1999-cu illərdə ayrı-ayrı dövlət qurumlarında mühasib, baş mütəxəssis və şöbə müdiri, 1999-2009-cu illərdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibi, 2009-2010-cu illərdə “ACM” Konsaltinq MMC-nin baş direktoru, 2010-2016-cı illərdə Milli Məhsuldarlıq və Rəqabətədavamlılıq Mərkəzinin baş direktoru, 2016-2017-ci illərdə “Aqrarkredit” QSC-nin Problemli kreditlərlə iş departamentində şöbə müdiri, departament direktorunun müavini, 2017-2022-ci illərdə “Aqrarkredit” QSC-nin Aktivlərin idarə edilməsi departamentində şöbə müdiri, departament direktorunun müavini vəzifələrində işləyib.
2022-ci ilin aprel ayından “Aqrarkredit” QSC-nin Xarici aktivlərin idarəedilməsi departamentinin direktorudur.
Vahubov Anar İbrahim oğlu 1989-cu ildə anadan olub.
2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr pilləsi üzrə “Beynəlxalq iqtisadi münasibətlər” ixtisasına, 2013-cü ildə magistr pilləsi üzrə “Biznesin təşkili və idarəedilməsi” (MBA) ixtisasına yiyələnib.
2012-2019-cu illərdə “Bayburt Grup İnşaat Nakliyat Madencilik İthalat İhracat Sanayi ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı filialında satınalma və logistika üzrə mütəxəssis, 2019-2024-cü illərdə "Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi"-nin Azərbaycan Respublikasındakı filialında Satınalma və təchizat şöbəsinin bölməsinin rəhbəri, 2025-ci ildə “Agrarco” MMC-də Satınalma və təchizat şöbəsinin müdiri, 2025-ci ilin iyul ayından “Aqrarkredit” QSC-nin Satınalmalar şöbəsinin müdiri vəzifələrində çalışıb.
2026-cı ilin yanvar ayından “Aqrarkredit” QSC-nin Satınalma və təchizat departamentinin direktorudur.