Menyu

İdarə Heyəti yenidən təşkil olunub

İdarə Heyəti yenidən təşkil olunub 1

“Aqrarkredit” QSC-nin fəaliyyətinin genişlənməsi və idarəetmə strukturunun daha da təkmilləşdirilməsi məqsədilə İdarə Heyətinin yenidən təşkili zəruri hesab edilmişdir.

“Aqrarkredit” QSC-nin Müşahidə Şurasının sədri, Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Anar Kərimovun təklifi və aparılan müzakirələr nəzərə alınaraq, Səhmdarın növbədənkənar Ümumi Yığıncağının qərarı ilə İdarə Heyəti yenidən təşkil olunmuşdur.

Qəbul edilən qərara əsasən, İlham Qəhrəman oğlu Kələşov “Aqrarkredit” QSC-nin İdarə Heyətinin sədri vəzifəsinə, Rəcəb Məmməd oğlu Hüseynov və Cahid Zöhrab oğlu Quluzadə isə İdarə Heyəti sədrinin müavinləri vəzifələrinə təyin olunmuşdur.