“Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının təşkilati strukturu İdarə Heyətinin 09 iyul 2025-ci il tarixli, 158 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Cəmiyyətin fəaliyyət istiqamətlərinin genişlənməsi, idarəetmə proseslərinin daha da təkmilləşdirilməsi və operativliyin artırılması məqsədilə təşkilati strukturda yenidən baxılma aparılmışdır. Bu çərçivədə İdarə Heyətinin 21 yanvar 2026-cı il tarixli, 07 nömrəli qərarı ilə strukturda müvafiq dəyişikliklər edilmişdir.
Həyata keçirilmiş dəyişikliklər “Aqrarkredit” QSC-nin fəaliyyətinin daha səmərəli təşkilinə, daxili idarəetmə mexanizmlərinin gücləndirilməsinə və qarşıya qoyulan strateji hədəflərə daha effektiv şəkildə nail olunmasına xidmət edir.