Menyu

Heydər Əliyevin 100 illiyi ilə bağlı toplantı

Heydər Əliyevin 100 illiyi ilə bağlı toplantı 1

“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş toplantı keçirilmişdir.
2023-cü il aprelin 28-də “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (“Aqrarkredit” QSC) Baş ofisində kollektiv üzvlərinin iştirakı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş  toplantı keçirilmişdir.
Tədbiri giriş sözü ilə acan İdarə Heyətinin sədri Məmməd Musayev qeyd etdi ki, 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunan ümummilli lideri Heydər Əliyevin zəngin irsinə nəzər salarkən məlum olur ki, onun ölkə üçün gördüyü nəhəng işləri, dəyərli və əzəmətli ideyalarının həyata keçirilməsini hər kəs öz sahəsində hiss edir, bunun təzahürünü daha aydın və dərindən dərk edir. Hər kəs bir həqiqəti qəbul edir ki, Azərbaycanın müstəqillik illəri ərzində həyatımızın bütün sahələrində əldə olunmuş uğurlar məhz ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.
Buna görə də əminliklə deyə bilərik ki, istər çağdaş Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyevin adı müstəqil və suveren dövlətin banisi, dahi siyasətçi, misilsiz şəxsiyyət, cəsur insan, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi və əbədiyaşarlıq hüququ qazanmış ən böyük vətəndaş - azərbaycanlı kimi əbədi həkk olunub, əsrlər boyu qalacaq və hər zaman dərin hörmətlə, ehtiramla anılacaqdır.
Heydər Əliyev yolunu  təhlil edərək belə bir məntiqi nəticəyə gəlmək olar ki, Heydər Əliyev yolu - müstəqil Azərbaycan dövlətinin və xalqımızın əbədiyyət yoludur.
Tədbirdə çıxış edən digər məruzəçilər də öz növbələrində Heydər Əliyevin doğma xalqı və vətəni yolunda müstəsna xidmətlərindən söhbət açaraq, onun respublika rəhbərliyinə irəli çəkildiyi vaxtdan sonra canından çox sevdiyi Azərbaycanın işıqlı gələcəyi naminə mühüm addımlar atdığını  qeyd etdilər.
Azərbaycan xalqının hələ necə-necə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqlar.
İclasda habelə qeyd olundu ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən  qoyulmuş sosial-iqtisadi inkişaf strategiyası, onun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizin iqtisadi qüdrəti gündən -günə artır. Heydər Əliyevin gələcək ücün nəzərdə tutduğu iqtisadi ideyalar və arzular artıq gercəkliyə cevrilmişdir.
Ölkənin aqrar sahəsinin maliyyələşməsində və kreditləşməsində iştirak edən “Aqrarkredit” QSC-nin  də özünəməxsus payı vardır.
Əsas məqsədimiz “Azərbaycan Respublikası regionlarının “2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının həyata keçirilməsində yaxından iştirak etmək, eyni zamanda ölkənin kənd yerlərində maliyyə xidməti göstərən və mənfəətlə işləyən bir maliyyə qurumuna cevrilməkdir.
2023-cü ilin Heydər Əliyev ili elan edilməsi ilə bağlı “Aqrarkredit” QSC üzrə Tədbirlər Planı  təsdiq edilmişdir.
“Aqrarkredit” QSC cari ildə ölkəmizdə Heydər Əliyev ili çərçivəsində keçirilən dövlət tədbirlərində yaxından iştirak edərək, ulu öndərin irsinin gənc nəslə çatdırılması istiqamətində öz fəaliyyətini genişləndirir.
Belə ki, cari ilin əvvəlində “Aqrarkredit” QSC-nin Baş ofisinin inzibati binasında və tabelikdə olan 12 regional filialın hər birinin inzibati binasında Ulu öndərin həyat və fəaliyyətini əks etdirən stendlər quraşdırılmışdır.
Eyni zamanda kollektiv üzvləri Bakıda və regionlarda keçirilmiş ağacəkmə aksiyalarında və digər tədbirlərdə yaxından iştirak etmişlər. Habelə  “Heydər Əliyev ili” çərçivəsində aztəminatlı ailələrdən olan, ali təhsildə yüksək akademik göstəricilərə nail olmuş 2 (iki) tələbənin il ərzində təqaüdlə təmin olunması barədə qərar verilmiş və hazırda təqaüdün ödənişi həyata keçirilir.
İclasın sonunda İdarə Heyətinin sədri M.Q.Musayev yekun nitqi ilə cıxış edərək, Heydər Əliyevin həmişəyaşar ideyalarına sadiqlik nümayiş etdirən “Aqrarkredit” QSC-nin kollektiv üzvlərinin, kənd yerlərində yaşayan əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi üçün aqrar sahənin kreditləşdirilməsində əllərindən gələni əsirgəməyəcəklərinə ümidvar olduğunu  bildirdi.