Menyu

Asiya İnkişaf Bankı arasında gələcək əməkdaşlıq

Asiya İnkişaf Bankı arasında gələcək əməkdaşlıq 1

2020-ci il iyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respubkilasının Prezidenti cənab İlham Əliyevlə Bankın prezidenti cənab Masatsuqu Asakava və bankın digər rəhbər nümayəndələri arasında video konfransın keçirilmişdir.
Bu konfransda Azərbaycanla Asiya İnkişaf Bankı arasında qarşılıqlı faydalı əməkdaşlıq məsələləri, Azərbaycanın kənd təsərrüfatının inkişafı, peşə təhsili, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi, bərpa olunan enerji layihələrinin həyata keçirilməsi, dəmir yolu sisteminin təkmilləşdirilməsi və s. infrastruktur layihələrlə bağlı məsələlər müzakirə olunmuşdur. Həmin görüşdə Prezident cənab İlham Əliyev Asiya İnkişaf Bankının Azərbaycanın dayanıqlı inkişafına infrastruktur layihələrlə bağlı böyük töhfə verdiyini, Azərbaycan və Asiya İnkişaf Bankı son 20 ildə olduğu kimi, bundan sonra da iqtisadiyyatın bir çox sahələrində sıx şəkildə işləməyə davam ediləcəyini vurğulamışdır.
Konfransda səslənən məsələlərin icrası olaraq 2020-ci ilin iyun ayının 24-də “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (“Aqrarkredit” QSC)  rəhbərliyi ilə Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbərliyi arasında video konfrans keçirilmişdir.
Video konfransıın əsas məqsədi “Aqrarkredit” QSC ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın qurulması, gələcək perspektivdə bir sıra layihələrin birgə icrası olmuşdur.
Qeyd edək ki, “Aqrarkredit” QSC ölkədə iqtisadi fəallığın və əhalinin rifah halının yüksəldilməsinə köməklik göstərmək, qeyri-neft sektorunun, xüsusi ilə kənd təsərrüfatının inkişafına töhvə vermək məqsədilə real sektorda, o cümlədən kənd yerlərində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarıq subyektlərinə kredit xidmətini genişləndirmək məqsədilə beynəlxalq əməkdaşlığa xüsusi önəm verir.