13 mart 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Mərkəzi Bankı (AMB), Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası İctimai Birlikləri arasında Anlaşma Memorandumu imzalanmışdır.
Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, memorandumun məqsədi tərəflərin iştirakı ilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsindən ibarətdir.
Qeyd edək ki, “Aqrarkredit” QSC də bu tədbirdə fəal iştirak etmişdir.