Menyu

Ağacəkmə aksiyası

Ağacəkmə aksiyası 1
Ağacəkmə aksiyası 2
Ağacəkmə aksiyası 3

Aqrarkredit QSC əməkdaşları ağacəkmə aksiyasında iştirak ediblər
11 aprel 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə ölkədə yüksək keyfiyyətli ekoloji mühitin yaradılması məqsədilə ağacəkmə aksiyası keçirilmişdir.  Aksiya çərçivəsində Bakı şəhəri, Müşfiqabad qəsəbəsində yerləşən 51.4 hektar ərazidə ölkədə fəaliyyət göstərən banklar və BOKT-ların əməkdaşlarının iştirakı ilə 6000-ə yaxın eldar şamı və zeytun ağacı əkilmişdir.
Bu tədbir 22 fevral 2022-ci ildə Azərbaycan Banklar Assosiasiyası (ABA) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) arasında ölkədə yüksək keyfiyyətli ekoloji mühitin yaradılması istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi sahəsindəki Anlaşma Memorandumuna əsasən həyata keçirilmişdir.
Qeyd edək ki, bu tədbirdə  Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Aqrarkredit Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının İdarə Heyətinin üzvü Bəxtiyar Ağayev və Aqrarkredit QSC-nin əməkdaşları iştirak etmişdir.
Bundan sonra Aqrarkredit komandası olaraq bu tipli ictimai layihələrdə fəal iştirakımızı davam etdirəcəyik.